İngilislərə xəbərdarlıq etdilər: Sizin üçün cəhənnəm yaradacağıq
İngiltərə millisinin Dünya Kubokunun 1/8 final mərhələsində Meksika ilə oyuna hazırlıqlarının ciddi şəkildə pozulması təhlükəsi var.
Aut.az xəbər verir ki, İngiltərənin Konqo Demokratik Respublikası üzərində qələbəsindən sonra minlərlə meksikalı azarkeş ingilislərin Mexiko şəhərində məskunlaşacağı otelin qarşısında genişmiqyaslı aksiyası keçirməyi planlaşdırırlar.
“Mirror” qəzetinin məlumatına görə, azarkeşlər rəqiblərinə “cəhənnəm gecəsi” yaşatmağı vəd edirlər – “Estadio Azteca” stadionunda keçiriləcək həlledici oyun ərəfəsində İngiltərə oyunçularının yuxusunu kəsmək üçün səsgücləndiricilərdən, avtomobil siqnallarından, motosikletlərdən və pirotexnika vasitələrindən istifadə ediləcək.
Bu cür psixoloji təzyiq Meksikada uzun müddətdir davam edən futbol ənənəsidir və güclü rəqiblərə qarşı təsirli bir silaha çevrilib. Ekvador millisi Mexiko şəhərində keçirilən 1/16 final matçından əvvəl də oxşar təzyiqlə üzləşib – azarkeşlər ekvadorluları gecə yarısından səhərə qədər oyaq saxlayıblar. Həmin oyunda Meksika 2-0 hesabı ilə qalib gəlib.
Bu hadisədən sonra Ekvador Futbol Federasiyası artıq FİFA-ya rəsmi şikayət ərizəsi təqdim edərək, ədalətli oyun prinsiplərinin və Dünya Kuboku iştirakçıları üçün bərabər oyun qaydalarının pozulduğunu iddia edib.
Aut.az
