Digər

Bu ölkə BOK-un Rusiya ilə bağlı qərarına qarşı çıxdı: Qətiyyətlə pisləyirik

Latviya Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasının Rusiya Olimpiya Komitəsi (ROC) ilə bağlı qadağanın ləğvinə etiraz edib.

Aut.az xəbər verir ki, Latviya Olimpiya Komitəsinin məsələ ilə bağlı yaydığı bəyanatda deyilir:

“BOK-un Rusiya və Belarus Olimpiya Komitələrinin statusunu və iştirakını bərpa etmək məqsədi daşıyan qərarlarını qətiyyətlə pisləyirik”.

Çərşənbə axşamı BOK Rusiya idmançılarına qoyulan məhdudiyyətləri aradan qaldıraraq, onlara komanda yarışlarında və 2028-ci il Los-Anceles Olimpiya Oyunlarına seçmə turnirlərində iştirak etməyə icazə verib. Bununla belə, BOK hələ də Rusiya himninin səsləndirilməsinə və Rusiya bayrağını qaldırmağa qoyulan qadağanı qüvvədə saxlayır.

Aut.az