Digər

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə “gümüş” qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc turnirində gümüş medal əldə edib.

Aut.az xəbər verir ki, yarışa 1/8 finaldan start verən idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.

Finalda Çin-Taybeyini təmsil edən rəqibinə məğlub olan Zeynalov gümüş medalla kifayətlənib.

Turnir Los Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.