İngiltərə

“Çelsi”dən “Arsenal”a keçir: 58 milyona

“Çelsi”nin vingeri Noni Madueke karyerasını “Arsenal”da davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubları 23 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlib. Müqavilənin ümumi məbləği bonuslarla birlikdə 50 milyon funt sterlinq (təxminən 58 milyon avro) civarındadır. Madueke artıq “topçular”la beşillik müqavilə şərtlərini razılaşdırıb və keçidə heç nə mane olmur.

Futbolçunun “Çelsi” ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına kimidir. Madueke “zadəganlar”ın heyətində 92 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.

Aut.az