Digər

Azərbaycan qolfçuları Fransada iki medal qazandı

Azərbaycan qolfçuları Fransanın paytaxtı Parisdə keçirilmiş “Paris Invitational 2026 USKIDS” turnirində iki medal qazanıblar.

Aut.az xəbər verir ki, Qrup formatında keçirilən yarışda Emin Rzayev ilə Tural Vəlizadə ikinci yeri tutaraq gümüş mükafata sahib çıxıblar.

Fərdi proqramda isə Emin Rzayev üçüncü yeri tutaraq bürünc medal qazanıb.