Milli komandamız gerilədi
Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarının doqquzuncu günündən sonra medal siyahısı açıqlanıb.
Aut.az xəbər verir ki, yarışın arxada qalan hissəsində 607 medal sahibini tapıb. Bunların 188-i qızıl, 187-i gümüş, 232-si bürüncdür.
Azərbaycan milli komandası siyahıda 24-cü pillədə qərarlaşıb. Komandamızın hesabında 8 medal var. Onlardan 2-si qızıl, 1-i gümüş, 5-i isə bürünc əyarlıdır. Ötən günlə müqayisədə millimiz 1 pillə geriləyib.
İlk sırada İtaliya qərarlaşıb. Onlar 22 qızıl, 22 gümüş və 27 bürünc medala sahib olublar. Ispaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) ikinci, Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncüdür.
Doqquz gün ərzində 48 ölkədən 41-ı medal qazanıb. Onlardan 34-ü fəxri kürsünün birinci pilləsinə çıxa bilib.
