Dünya futboluDünya cempionatı

Mbappe “İlin Yəhudası” elan edildi, müqəvvası yandırıldı

Paraqvayda keçirilən “San Juan” festivalında  Fransa millisinin hücumçusu Kilian Mbappenin müqəvvası yandırılıb.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti  məlumat verib.

Festivalda atəşfəşanlıq və alqışlar arasında futbolçu “İlin Yəhudası” və ölkənin ən çox nifrət edilən adamı elan edilib.

Mbappeyə qarşı nifrət Dünya Kubokunun 1/8 final mərhələsində Fransa millisinin Paraqvayı 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra yaranıb.

Aut.az