Dünya cempionatı

Anri Mərakeşlə oyundan sonra Fransanın paltardəyişmə otağında nə deyib?

Fransa millisinin və “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri 2026-cı il dünya çempionatının 1/4 finalında Mərakeş üzərində 2:0 hesablı qələbə qazandıqdan sonra milli komandanın paltardəyişmə otağına baş çəkib.

Aut.az xəbər verir ki, Anrinin sözlərini “RMC Sport” sitat gətriib.

“Düzünü desəm, uşaqlar, biz mat qalmışdıq. Topa sahiblik: həmişəki kimi, fantastik idi, amma məni ən çox təsirləndirən komandanın topu geri qaytarmaq bacarığıdır. Komandanın top olmadan etdikləri sadəcə inanılmazdır.

Komandanın topla nəyə qadir olduğunu çox yaxşı bilirik, amma bu, topu rəqibin meydançasında saxlamaq, oyunu davam etdirmək, rəqib komandanı boğmaq bacarığıdır… Afərin, DD (Didye Deşam), komandaya və azarkeşlərə afərin.

Mən bunu televiziyada izlədim və emosiya həqiqətən fövqəladə idi. Ümid edirəm ki, davam edəcək. Belə bir komandanı görmək çox təsirlidir. Amma bilirsiniz, biz yalnız yarımfinaldayıq. Bu, möhtəşəmdir, unutmayın! Amma mən “Biz yalnız yarımfinaldayıq” deyəndə, daha da irəlilədiyimizi nəzərdə tuturam”, – deyə  Anri paltardəyişmə otağında deyib.

Aut.az