Ançelottinin taleyi necə olacaq? – Braziliyadan açıqlama gəldi
Braziliya Futbol Federasiyasının icraçı direktoru Rodriqo Kaetano milli komandanın 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində məğlubiyyətindən sonra baş məşqçi Karlo Ançelottinin taleyi ilə bağlı açıqlama verib.
Aut.az xəbər verir ki, onun sözləri “Globo” tərəfindən sitat gətirilib.
Kaetano baş məşqçi ilə 2030-cu il Dünya Kubokuna qədər işləməyə davam etmək istədiklərini bildirib.
“Turnir irəlilədikcə komanda daha da inkişaf etdi və düşünürəm ki, onlar Norveçə qarşı yaxşı oynadılar “, – deyə o bildirib.
Braziliya Dünya Kubokunun 1/8 final mərhələsində Norveçə məğlub oldu . Matç 2-1 hesabı ilə başa çatıb.
Norveç tarixində ilk dəfə Dünya Kubokunun 1/4 finalına yüksəlib. Skandinaviyalılar yarımfinala vəsiqə uğrunda oyunda İngiltərə ilə qarşılaşacaqlar.
Aut.az
