Dünya futbolu

PSJ-nin sabiq futbolçusundan çağırış: Messi Parisə gəlsə, fitə basın

PSJ-nin sabiq yarımmüdafiəçisi Jerom Roten “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messinin Parisdə keçiriləcək Olimpiya Oyunlarında mümkün iştirakından danışıb. Bundan əvvəl Argentinanın olimpiya yığmasının baş məşqçisi Xavyer Maskerano əfsanəvi futbolçunun qarşıdakı turnirə çağırılmasının mümkünlüyünü bildirib.

Aut.az xəbər verir ki, Roten Messinin Parisdə fitə basılmasını tələb edib.

“Mən demirəm ki, Messi Argentina forması ilə özünü göstərmək üçün Parisə qayıdarsa, ona qarşı qəddar davranmalıyıq.  Bununla belə, heç olmasa meydançaya çıxanda onu küsdürməliyik, fitə basmalıyıq” – Roten futbolla bağlı müəllif proqramının efirində deyib.

Xatırladaq ki, Messi iki mövsüm (2021-2023) PSJ-də çıxış edib. Paris klubunun tərkibində argentinalı bütün turnirlərdə 75 oyun keçirib, 32 qol vurub və həmçinin üç kubok qazanıb. Messi artıq Olimpiya Oyunlarında iştirak edib. 2008-ci ildə Argentina yığması ilə Pekində qızıl medal qazanıb.

Aut.az