Dünya futbolu

Nunes 9 nömrəni əfsanəyə güzəşt etdi – FOTO

“Liverpul”un və Uruqvay millisinin hücumçusu Darvin Nunes millidəki 9 nömrəni Luis Suaresə verib.

Aut.az xəbər verir ki, Uruqvay millisinin əfsanəsi Suares Amerika Kuboku üçün milli komandaya qayıdıb. Nunes 9 nömrəni Luisə verib, özü isə 19 nömrəni götürüb.

2024-cü ildə Amerika Kubokunda Uruqvay yığması C qrupunda mübarizə aparacaq. Onların rəqibləri ABŞ, Panama və Boliviya olacaq.

Nunes 9 nömrəni əfsanəyə güzəşt etdi - FOTO

Aut.az