Bekhemin hobbisi nə idi? – Özünü belə belə sakitləşdirirdi
İngiltərə millsinin sabiq qapıçısı Ben Foster sabiq komanda yoldaşı Devid Bekhemlə bağlı maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, millidə çiyin-çiyinə oynadığı super ulduzunun qeyri-adi hobbisindən danışıb. Məlum olub ki, Bekhem fiqurlu şəkilləri bir araya toplamaqla istirahət etməyi və stresdən azad olmağı xoşlayırmış:
“Özünü otağa bağlayıb və saatlarla şəkilləri yığırdı. Bəzən bütün gecə bunu edirdi. Hətta səfərlərdə də özü ilə onları aparırıdı. Bunun üçün bir dizayner də işə götürmüşdü. Çox bəyənirdim. Düşünürəm ki, o, stressi, gərginliyi belə aradan qaldırırdı.
Qeyd edək ki, Ben Foster 2007-2014-cü illərdə İngiltərə millisində səkkiz oyun keçirib.
