Azərbaycan futboluManşetSeçmə

Unikal qərar: Fərrux Mahmudov həftənin tək günləri prezident olacaq, cüt günləri…

Allaha and olsun ki, “Neftçi”nin yeni idarəetmə strategiyası unikaldır.

Bəs necə, axı komandaya şəxsən SOCAR prezidenti özü nəzarət edir. Onun verdiyi qərarlar da unikal olmalıdır axı. Hansı qərarlar? Məsələn, biri elə Fərrux Mahmudovla bağlı olan.

Adam həm “Neftçi”ninj prezidenti, həm də baş icraçı direktorudur. Böyük ehtimalla, bu şəxs komandada maaş cədvəlinə 2 dəfə qol çəkəcək. Həm prezident, həm də icraçı baş direktor kimi. Onu da deyək ki, belə ənənə “Neftçi” əvvəllər də mövcud olub.

Komandanın sabiq prezidenti Kamran Quliyev də maaş  cədvəlinə 2 dəfə qol çəkirdi: prezident və futbolçu kimi.

Bu öz yerində, maraqlı məsələ odur ki, Fərrux Məmmədov “Neftçi”də hansı vəzifəni hansı gün yerinə yetirəcək. Klubdakı mənbədən əldə etdiyimi məlumata görə, Müşahidə Şurasının sədri Rövşən Nəcəfin tövsiyəsi ilə bölgü belə olub: həftənin tək günləri prezident, cüt günləri baş icraçı direktor.

Bəs bazar günü? O haqda hələ fikirləşirlər. Yeni unikal qərar verilə bilər. Ya Fərrux Mahmudovun 3-cü vəzifəsi də olacaq, sırf bazar günü üçün, ya da…

Tələsməyin, tezliklə biləcəksiniz.

Aut.az