İspaniya

Pul tapa bilmirlər, amma futbolçu axtarırlar

Sağ cinah müdafiəçisi mövqeyinə futbolçu axtaran “Barselona” istədiyini “Mançester Siti”də tapıb.

Aut.az xəbər verir ki, katalonlar “şəhərlilər”in müdafiəçisi Joao Kanselonu icarəyə götürmək variantını nəzərdən keçirir. “Barsa” 29 yaşlı portuqaliyalının illik icarəsi üçün maksimum 3 milyon avro ödəməyə hazırdır.

“Siti” isə tamam başqa fikirdədir. Mançester təmsilçisi Joaodan birdəfəlik xilas olmaq istəyir. Yalnız təklif olmayacağı halda, icarə variantı nəzərdən keçiriləcək. Kanselo baş məşqçi Xosep Qvardiolanın gələcək planlarında yoxdur.

İngiltərə çempionu futbolçunu 70 milyon avroya satmaq niyyətindədir.

Qeyd edək ki, Joao ötən mövsümün ikinci yarısını icarə əsasında “Bayern”də keçirib.