İngiltərəİspaniya

Artıq Londondadır: Bu gün transfer açıqlanacaq

“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi “Arsenal”a keçidini tamamlamaq üçün Londona gəlib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn məlumat verib.

Transfer bir neçə ay əvvəl razılaşdırılıb və rəsmiləşmənin bu gün başa çatdırılması gözlənilir.

Bundan sonra hər iki klub tərəfindən transfer açıqlanacaq.

Qeyd edək ki, bu gün jurnalistlərin dəvət olunduğu “Emirates”də “açıq qapı” günü gözlənilir. Yerli müxbirlərdən biri Con Uilyams bunun Subimendinin təqdimatı ilə bağlı ola biləcəyini bildirib.

Aut.az