İspaniyada irqçiliklə bağlı yeni qaydalar: Hakimlərə bunu etməyə icazə verildi
İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqa rəhbərliyi ilə birlikdə oyunlarda irqçilik halları ilə bağlı yeni protokolu təsdiqləyib.
Aut.az xəbər verir ki, qaydalar İspaniya çempionatlarının oyunlarında tətbiq olunacaq. Müddəalara görə, hakim azarkeşlər tərəfindən irqçi davranışlar barədə məlumat alarsa, qolları ilə çarpaz işarə (X) göstərməli, oyunu dayandırmalı və irqçi davranışa dərhal son qoyulmasını tələb edən bütün stadionda anons verməlidir.
Hadisələr təkrarlanarsa, matç müvəqqəti olaraq dayandırılacaq və komandalar paltardəyişmə otaqlarına göndəriləcək. Bu müddət ərzində irqçi hərəkətlərin dayandırılması çağırışları davam edəcək. Sonrakı pozuntular halında, hakim təhlükəsizlik koordinatoru ilə birlikdə oyunu tamam dayandırmaq qərarına gələ bilər.
Protokol Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən may ayında Banqkokda keçirilən konqresdə təsdiqlənib.
Aut.az
