Morata etiraf etdi: Oradan ayrılmaq karyeramın ən böyük səhvi idi
“Milan”ın hücumçusu Alvaro Morata 2024-cü ildə “Atletiko”dan ayrılması ilə bağlı peşmanlığını dilə gətirib.
Aut.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə tanınmış insayder Fabritsio Romanoya danışıb.
“Atletiko”dan ayrılmaq karyeramın ən böyük səhvi idi. Karyeram ərzində qazandığım bütün titulları “Atletiko” ilə bir çempionluğa dəyişərdim. Bu, sevdiyim klubdur və orada çox xoşbəxt idim”, – deyə Morata bildirib.
Qeyd edək ki, Alvaro Morata son iki mövsümü icarə əsasında “Qalatasaray” və “Komo” klublarında keçirib. Onun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.
