Dünya futbolu

Prezident paltardəyişmə otağına soxuldu, onu “zibil” adlandırdı: İstefa verdi

Rusiyalı məşqçi Aleksandr Kerjakov Qazaxıstan “Kayrat”ını klub prezidenti Kayrat Boranbayevlə münaqişəyə görə tərk edib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov məlumat yayıb.

Mənbənin məlumatına görə, sentyabrın 1-də “Astana”ya məğlubiyyətdən (0:1) sonra Boranbayev “Kayrat”ın paltardəyişmə otağına soxularaq Kerjakovu və onun məşqçilər korpusunu təhqir etməyə başlayıb. O, xüsusilə, rus mütəxəssisi “tamamilə zibil” adlandırıb.

Bundan sonra Kerjakov Almatı komandasını tərk edib. Aleksandr Kerjakova bu ilin may ayından “Kayrat”da çalışır – onun rəhbərliyi altında komanda 12 oyun keçirib və 6 qələbə qazanıb.

Aut.az