Mbappenin tərbiyəsizliyi aranı qatdı – FOTO
2028-ci il Dünya Çempionatının 1/8 final mərhələsinin Fransa və Paraqvay (1:0) matçının final fitindən sonra insident yaşanıb.
Aut.az xəbər verir ki, münaqişə Fransanın hücumçusu Kilian Mbappe ilə Paraqvayın qapıçısı Orlando Hil arasında baş verib. Matçdan sonra fransız kapitan paraqvaylı qapıçı ilə əl sıxmaqdan imtina edib.
Hil rəqibinin hərəkətlərinə emosional reaksiya verib və Mbappe komanda yoldaşlarına tərəf gedərkən topu onun kürəyinə atıb.
Hadisə tammiqyaslı davaya çevrilməyib. Komanda yoldaşları və komanda rəsmiləri oyunçuları tez bir zamanda ayırıblar.
“Matçdan sonra Mbappeni təbrik etmək üçün ona yaxınlaşdım, amma o, əlimi sıxmaqdan imtina etdi”, – deyə “L’Equipe” Hilin sözlərini sitat gətirib.
/i/y/h/17832212471375142131.jpg)
/i/o/x/17832212781006503629.jpg)
Aut.az
