Dünya futbolu

Xərəkdə apardılar – FOTO

PSJ-nin hücumçusu Neymar Fransa çempionatının 24-cü turunun “Lill”lə ev oyununda zədələnib.

Aut.az xəbər verir ki, ikinci hissənin əvvəlində Neymar “Lill”in müdafiəçisi Fonte ilə toqquşub və topuğunu büküb. 51-ci dəqiqədə braziliyalı hücumçu xərəklə meydandan çıxarılıb.

Xərəkdə apardılar – FOTO

Əvəzində meydana Huqo Ekitike çıxıb. İlk hissədə Neymar 11-ci dəqiqədə Kilian Mbappeyə məhsuldar ötürmə edib, 17-ci dəqiqədə isə qol vurub.

PSJ Messinin 90+5-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla “Lill”ə qalib gəlib – 4:3.