Dünya cempionatıDünya futbolu

Meydanda məni döyənlər şəkil çəkdirmək üçün növbəyə durdular – Messi

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra onunla şəkil çəkdirmək üçün növbəyə duran Kabo-Verde futbolçuları ilə bağlı zarafat edib.

Argentina 3-2 hesabı ilə qalib gəlib, Messi qol vurub və məhsuldar ötürmə edib.

Aut.az xəbər verir ki, GOAL Messidən sitat gətirib:

“Meydanda mənə əzab verən insanlar indi şəkil çəkdirmək və avtoqraf almaq üçün gözləyirlər. Onlar həmçinin formamı da istədilər… Amma meydanda məni ancaq dötürdülər”.

Argentina 1/8 finala yüksəlib və Misirlə qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.

Aut.az