Dünya cempionatıDünya futbolu

Meksikalı futbolçular norveçlilərin hərəkətini yamsıladılar – VİDEO

Meksika millisi 2026-cı il Dünya Kubokunun 1/16 finalında Ekvadoru (2:0) məğlub etdikdən sonra  Norveçin məşhur avarçəkmə hərəkətini təkrarlayıblar.

Aut.az xəbər verir ki, komanda kapitanı Gilermo Oçoa tərəfindən sosial mediada paylaşılan videoda, parça maskalar taxan oyunçular paltardəyişmə otağının döşəməsində oturaraq  avar çəkirmişlər kimi davranıblar.

Hərəkət simulyasiya edilmiş nağara səsləri ilə müşayiət olunur. Daha əvvəl Norveç milli komandasının oyunçuları 2026-cı il Dünya Kubokunun 1/8 finalına vəsiqə qazanmalarını azarkeşlərlə oxşar şəkildə qeyd etmişdilər.

Meksika növbəti pley-off mərhələsində İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

Aut.az

Meksikalı futbolçular norveçlilərin hərəkətini yamsıladılar – VİDEO