İngiltərə

O, futbol tarixinin ən bahalı ingilis oyunçusu oldu

İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Andersonun “Nottingem Forest”dən “Mançester Siti”yə keçidi Britaniya futbolu tarixində ən bahalı transfer olub.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat verib.

Mənbənin məlumatına görə, müqavilənin dəyəri 135 milyon avro olub. Əvvəlki rekord “Borussiya Dortmund”dan “Real Madrid”ə 130 milyon avroya keçən yarımmüdafiəçi Cud Bellinqemə məxsus idi.

Anderson həmçinin futbol tarixinin ən bahalı 5 transferi siyahısına daxil olub. Hücumçu Neymarın “Barselona”dan PSJ-yə transferi (222 milyon avro) reytinqdə birinci yerdədir.

Elliot Anderson “Nyukasl Yunayted” akademiyasının yetirməsidir. O, ötən mövsüm Premyer Liqada 38 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az