La Liqa prezidenti elan etdi: “Barselona” qayıtdı
La Liqa prezidenti Xavyer Tebas “Barselona”nı maliyyə vəziyyətinin yaxşılaşması münasibətilə təbrik edib.
Aut.az xəbər verir ki, Tebas bu barədə Joan Laportanın andiçmə mərasimində çıxış edərkən deyib.
“Mundo Deportivo” Tebasın sözlərini sitat gətirib:
“Joan Laportanı seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Əminəm ki, “Barselona” həm idman göstəriciləri, həm də infrastrukturun inkişafı baxımından uğur qazanacaq. Klub hazırda düzgün yoldadır. Klubu iqtisadi dayanıqlılığa qaytardığınız üçün sizi təbrik edirəm”.
Laporta 15 martda dördüncü müddətə seçilib. Onun klubunun yaxın gələcəkdə yeni oyunçuların qeydiyyatı və müqavilələrin uzadılmasında daha çox sərbəstlik verən qaydalara qayıtması gözlənilir.
Aut.az
