“Neqreyra işi” – Laporta, Enrike və Valverdə hakim qarşısına çıxacaqlar
“Barselona”nın prezidenti Joan Laporta noyabrda “Neqreyra işi”ndə ifadə verəcək.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, noyabrın 25-də bu iş üzrə məhkəmədə şahid qismində Laporta, eləcə də kataloniyalıların keçmiş məşqçiləri Luis Enrike və Ernesto Valverde ifadə verəcək.
İstintaqın məlumatına görə, Neqreyra 2001-2018-ci illər arasında “Barselona”dan konsultasiya xidməti üçün təxminən 7,5 milyon avro alıb. Ötən may ayında Barselona məhkəməsinin “Neqreyra işi”ndə kluba qarşı rüşvət ittihamı ilə bağlı qərarı ləğv etdiyi bildirilmişdi.
Aut.az
