Dünya cempionatı

Neymar Peleyə çatdı

Braziliya millisi ABŞ-da keçirilən 2026-cı il Dünya Çempionatının qrup mərhələsində Şotlandiyanı 3:0 hesabı ilə məğlub edərək qrup lideri kimi pley-off mərhələsinə vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, Qarşılaşmanın ən yaddaqalan məqamlarından biri Neymarın meydana çıxması olub. Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti veteran futbolçunu oyunun 76-cı dəqiqəsində, hesab 3:0 olduğu vaxt meydana buraxıb.

“Opta”nın məlumatına görə, Neymar bununla da 4 Dünya Çempionatında iştirak edən dördüncü braziliyalı futbolçu olub. Daha əvvəl bu nailiyyətə Jalma Santos, Kafu və Pele imza atıb.

Qeyd edək ki, Neymar uzun fasilədən sonra yenidən milli komandanın formasında meydana çıxaraq azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.