Kenan dubl etdi, “Yuventus” darmadağına sevindi
Dünya Çempionatının qrup mərhələsinin ikinci turunun növbəti oyunu keçirilib.
Aut.az xəbər verir kiİtaliyanın “Yuventus” klubu Mərakeş təmsilçisi “Vidad” üzərində inamlı qələbə qazanıb – 4:1.
“Qoca sinyora”nın heyətində 20 yaşlı hücumçu Kenan Yıldız dubl edib. O, 16-cı və 69-cu dəqiqələrdə fərqlənib. Matçın sonlarına yaxın Duşan Vlahoviç penaltini dəqiq yerinə yetirib. “Vidad”ın qapısına vurulan daha bir qol isə Abdəlmünəim Butuilin avtoqolu nəticəsində qeydə alınıb.
Mərakeş klubunun yeganə qolunu isə 25-ci dəqiqədə Tembinkosi Lorç vurub.
Aut.az
