İspaniya

Kurtua açıqladı: Karyerasını bu klubda bitirmək istəyir

“Real Madrid”in qapıçısı Tibo Kurtua Meksikanın “Paçuka” klubu ilə Klublararası Dünya Çempionatının qrup mərhələsi matçından əvvəl müqaviləsinin uzadılması ilə bağlı danışıqların necə getdiyi haqda danışıb.

Aut.az xəbər verir ki, belçikalı futbolçu karyerasının sonunadək “kral klubu”nda qalmağa ümid etdiyini bildirib.

“Ümid edirəm ki, müqaviləmi uzada biləcəyəm. “Real Madrid”də çox xoşbəxtəm. Burada oynamaq arzumdur və bundan sonrakı hər il də bu arzu ilə başlayacaq.

Mən tamamilə klubun sərəncamındayam və onlar bilirlər ki, qalmaq istərdim. Ümid edirəm ki, karyeramı burada bitirəcəm. Amma indi özümü meydanda sübut etməyin vaxtıdır. Qalanı asan olacaq”, – AS qapıçının sözlərini sitat gətirib.

Tibo Kurtua 2018-ci ildən “Real Madrid”də çıxış edir, iki dəfə Çempionlar Liqasını, üç dəfə İspaniya çempionluğunu qazanıb. Qapıçının hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Aut.az