Azərbaycan futbolu

Rauntridən “Qarabağ”a təşəkkür

Bakıda ilk dəfə keçirilmiş UFC (Ultimate Fighting Championship) turnirinin əsas qarşılaşmasında qələbə qazanmış ABŞ təmsilçisi Halil Rauntri Azərbaycan çempionu “Qarabağ”la bağlı paylaşım edib.

Aut.az xəbər verir ki, yarım ağır çəkidəki görüşdə həmyerlisi Camahal Hillə qalib gəlmiş döyüşçü sosial şəbəkə hesabında Ağdam klubuna təşəkkür edib.

Xatırladaq ki, “Qarabağ” rəhbərliyi UFC üçün Bakıya təşrif buyurmuş idmançılara xüsusi diqqət ayırıb. Rauntri də məhz bu diqqətə görə təşəkkürünü ifadə edib.

Rauntridən “Qarabağ”a təşəkkür