“Səbail” Cənnətovu heyətinə qatdı
“Səbail” Azərbaycan millisinin də formasını geyinmiş Mehdi Cənnətovu heyətinə qatıb.
Aut.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
34 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb.
Təcrübəli qapıçı son olaraq “Sumqayıt”da çıxış edib.
Cənnətov Azərbaycan millisinin heyətində beş oyun keçirib.
