Ançelotti o qola görə Vinisiusa hədiyyə verəcək
Braziliyalı yarımmüdafiəçi Vinisius Junior milli komandanın baş məşqçisi Karlo Ançelottinin ona hədiyyə vəd etdiyini bildirib.
Aut.az xəbər verir ki, Vinisiusun sözlərinə görə, italyan mütəxəssis Şotlandiya ilə oyunda başla qol vuracağı təqdirdə Viniyə hədiyyə vəd edib. Oyun Braziliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb və Vinisisus başla qol vurub.
ESPN Vinisiusun sözlərini sitat gətirib: “Şəxsi statistikam məni maraqlandırmır, milli komandaya kömək etmək üçün əlimdən gələni edib-etməməyim məni maraqlandırır. Amma qollarımdan məmnunam. Hətta başla qol da vurdum – məşqçiyə bununla bağlı söz vermişdim.
O isə bunun praktik olaraq mümkün olmadığını və qol vuraramsa, mənə hədiyyə verəcəyini dedi. Görərik. Ən vacib şey qələbə qazanmaq, oyunumuzu təkmilləşdirməkdir. Növbəti hədəfə çatmaq üçün daha da təkmilləşməyə davam etmək lazımdır, çünki növbəti pley-offdur”.
Aut.az
