Dünya cempionatı

Tramp: DÇ-2026-da oynaya bilərəm, şortikdə əla görünürəm

ABŞ prezidenti Donald Tramp maraqlı zarafat edib.

Aut.az xəbər verir ki, o, futbolçuların maaşları fonunda 2026-cı il futbol üzrə dünya çempionatında iştirak etmək istədiyini bildirib:

“Mən oynaya bilərəm. Demək istəyirəm ki, futbolçuların qazandığı pulları görürəm. Mən də cəhd edə bilərəm, yaxşı idmançıyam, oğlum isə çox yaxşı futbol oynayır. O, çox yaxşıdır və həm də hündürboy oyunçudur, boyu 6 fut 9 düymdür (205 sm).

Şort geyinib meydana çıxa bilərəm, mən şortda həqiqətən yaxşı görünürəm. Oyuna qoşulsam, çox əyləncəli olar”.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksika stadionlarında keçiriləcək.