Süni intellekt DÇ-nin ən yaraşıqlı futbolçusunu seçdi: Görün kimdir – FOTO
Süni intellekt şirkəti olan “DreamG” 2026-cı il Dünya Kubokunda iştirak edən 150 ən populyar futbolçunun görünüşünü təhlil edib.
Aut.az xəbər verir ki, süni intellekt üz simmetriyasını, tarazlığı və harmoniyanı ölçən “qızıl nisbət”i təhlil edib. Araşdırma nəticəsində məlum olub ki, Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul turnirin ən yaraşıqlı oyunçusudur.
Almaniya millisinin hücumçusu Kay Haverts reytinqdə ikinci, İngiltərə millisinin hücumçusu Noni Madueke isə üçüncü olub.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo 45-ci yerdə qərarlaşıb.

Aut.az
