Dünya cempionatı

Noyer DÇ tarixinə belə düşdü

Manuel Noyer Almaniya millisinin dünya çempionatları tarixində ən yaşlı oyunçusu olub.

Aut.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Bu hadisə qapıçının 2026-cı il dünya çempionatında E qrupunun ilk turunda Kurasao ilə oyuna start heyətində çıxmasından sonra baş verib. Onun oyun zamanı yaşı 40 il 79 gün olub. Bu göstərici ilə o, əvvəlki rekordçu olan Almaniya millisinin əfsanəvi futbolçusu Lothar Matteusu geridə qoyub.

Dünya çempionatları tarixində ən yaşlı futbolçular siyahısında Noyer 7-ci pilləyə yüksəlib. O, bu siyahıda 54 gün fərqlə keçmiş İtaliya qapıçısı Dino Zoffdan geri qalır.

Siyahının lideri isə Misir qapıçısı Essam El-Hadaridir. O, mundialda son matçına 45 yaş 161 günlüyündə çıxıb.

Dünya çempionatları tarixində ən yaşlı 7 futbolçu:

  1. Essam El-Hadari (Misir) – 45 yaş, 161 gün
  2. Farid Mondraqon (Kolumbiya) – 43 yaş, 3 gün
  3. Roje Milla (Kamerun) – 42 yaş, 39 gün
  4. Pet Cenninqs (Şimali İrlandiya) – 41 yaş, 0 gün
  5. Piter Şilton (İngiltərə) – 40 yaş, 292 gün
  6. Dino Zoff (İtaliya) – 40 yaş, 133 gün
  7. Manuel Noyer (Almaniya) – 40 yaş, 79 gün

Qeyd edək ki, Noyer Almaniya millisində 125 oyun keçirib. O, 2014-cü ildə Almaniya ilə dünya çempionu olub.

Aut.az