“Bayern”in GTA 6-dan ilhamlanan paylaşımı – FOTO
“Bayern”in mətbuat xidməti özünün “X” sosial media səhifəsində Harri Keyn, Maykl Oliseh və Luis Diasın GTA 6 kompüter oyunu üslubunda təsvir olunduğu üz qabığını yayımlayıb.
Aut.az xəbər verir ki, Münhen klubu açıqlamasında “GTA 6 üz qabığına baxın” deyə yazıb.
Daha əvvəl, “Rockstar” GTA 6 üçün əvvəlcədən sifarişin başlama tarixini açıqlamışdı. Oyun 25 iyun tarixindən etibarən əvvəlcədən sifariş üçün mövcud olacaq.
Yeni GTA əvvəlcə konsollarda, ardınca isə PC-də satışa çıxarılacaq. Oyunun əvvəlcə ötən payızda satışa çıxarılması planlaşdırılırdı, lakin tərtibatçılar oyunu təkmilləşdirmək üçün əlavə vaxt ayırmağa qərar verdilər.
/i/l/f/17818014451092542874.jpg)
Aut.az
