Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
Çinin Quyyan şəhərində keçirilən boks üzrə Dünya Kubokunda 1/4 finala yekun vurulub.
Aut.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin daha iki idmançısı adını yarımfinala yazdırıb.
Səidcəmşid Cəfərov (75 kq) ikinci döyüşündə Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirib. Azərbaycan təmsilçisi rəqibinə ikinci raundda nokautla qalib gəlib. O, yarımfinalda Qabriel Quidi Rontani (İtaliya) ilə qarşılaşacaq.
Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Marlon Sevehondan (Avstraliya) güclü olub. Azərbaycan boksçusu rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. M.Allahverdiyev yarımfinalda Cavohir Ummataliyevlə (Özbəkistan) döyüşəcək.
Bununla da özləri üçün ən azı bürünc medalı təmin edən Azərbaycan boksçularının sayı 3-ə yüksəlib. Daha öncə Alfonso Dominqes (90 kq) də yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal döyüşləri iyunun 20-də olacaq.
