Boks

Tayson etiraf etdi: Onunla döyüşdən sonra depressiyaya düşüb

Məşhur amerikalı boksçu, ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson noyabrda Ceyk Pol ilə döyüş haqqında fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, depressiyaya düşdüyünü bildirib:

“Bu, həqiqətən əla idi! Yeddinci cənnətdə idik, çox sevindik. Ancaq döyüş bitdi, bir az depressiyaya düşdüm. Normal həyata qayıtmaq lazım idi. Lakin biz doqquz aydır ki, bu görüşə hazırlaşırdıq”.

Qeyd edək ki, Tayson və Pol arasındakı döyüş hakimlər tərəfindən yekdilliklə tanınan Ceykin qələbəsi ilə başa çatıb.

Aut.az