Pola uduzan Tayson sağalmayıb?
Əfsanəvi amerikalı ağır çəkili boksçi Mayk Tayson məşhur bloger Ceyk Pol ilə son döyüşündən sonra sağalıb-sağlamaması ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, keçmiş mütləq dünya çempionu bu sözləri deyib:
“İndi özümü çox yaxşı hiss edirəm. Amma hələ də bu mübarizədən 100 faiz tam sağala bilməmişəm. Amma mən yaxşıyam”.
Xatırladaq ki, 2024-cü ilin noyabrında boksçu-şoumen Ceyk Pol Mayk Taysonu 80-72, 79-73, 79-73 hesabı ilə məğlub edib. “Dəmir Mayk” peşəkar rinqdə yeddinci məğlubiyyətini alıb.
Aut.az
