Mbappe ilə bağlı suala cavabı: Velosipedlə gedəcəm
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel PSJ-nin hücumçusu Kilian Mbappe ilə bağlı suala zarafatla cavab verib.
Aut.az xəbər verir ki, Tuxel “Mbappeni sərəncamınızda görmək istəyirsinizmi” sualına belə cavab verib:
“Kilian Mbappe ilə müqavilə bağlamaq istəyirəm? Bəli, bəli, o, “Bavariya”da oynayacaq, bu dəqiqdir (gülür). O, qeyri-adi oyunçudur. Əgər o, “Bavariya”ya gəlmək istəsə, onun arxasınca velosipedlə gedəcəm. Amma bunun baş verəcəyini düşünmürəm”.
Kilian Mbappe və Tomas Tuxel artıq PSJ-də birgə çalışıblar. Paris klubu alman çalışdırıcının rəhbərliyi altında Çempionlar Liqasının finalında çıxış etsə də, “Bavariya”ya uduzaraq (0:1) kuboku qazana bilməyib.
Aut.az
