Almaniya

Başa çatmaqda olan müqaviləsi haqda: Artıq eyham vurmuşam ki…

“Bavariya”nın qapıçısı Manuel Noyer Münhen klubu ilə başa çatmaqda olan müqaviləsi haqda danışıb.

39 yaşlı qolkiperin “Bavariya” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Aut.az xəbər verir ki, Noyer bu barədə mətbuat konfransında bildirib.

“Mən bu məsələdə tamamilə sakitəm. Ən əsası komandamızla etdiyimiz işdir. Artıq eyham vurmuşam ki, mənim güzəştim də rol oynayacaq.

Mən tələsmirəm və ən azı qışın sonuna qədər tamamilə sakitəm. Burada bir çox amillər rol oynayır. Bu, sağlamlıq, fitnes və motivasiya məsələsidir. Həmişə danışıqlar masasına otura bilərik, hər şey öz rolunu oynayır”, – Noyer deyib.

O, 2011-ci ildən “Bavariya”da çıxış edir. Bu mövsüm Noyer Münhen komandasının heyətində bütün yarışlarda keçirdiyi 17 matçda 13 qol buraxıb, 7 dəfə qapısını təmiz saxlayıb.

Aut.az