Əfsanəvi qapıçı mişarla qonşusunun evinə soxuldu
“Arsenal”ın və Almaniya yığmasının sabiq qapıçısı Yens Lemann 420 min avro cərimələnib.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Keçən il sabiq futbolçu qonşusunun evinə girərək mişarla qaraja ziyan vurub.
54 yaşlı alman bir neçə dəfə parkinq pulunu ödəməyib və polisi təhqir edib.
Qeyd olunur ki, prokurorluq Lemanna 10 aylıq şərti həbs cəzası istəyib.
Aut.az
