PFL “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu ilə bağlı qərar verdi
Peşəkar Futbol Liqası bu gün Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən, 81-ci dəqiqədə güclü külək səbəbindən meydançanın işıq dirəyi aşdığına görə yarımçıq dayandırılan “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması barədə qərar qəbul edib.
Aut.az xəbər verir ki, hakimlər və klubların təcili iclasından sonra matçın 24 dekabr (sabah) saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, 81-ci dəqiqəyə qədər ev sahibi komanda 2:1 hesabı ilə öndə olub.
