“Borussiya” ingilis məşqçiyə üz tutdu
“Çelsi” və “Brayton”un keçmiş baş məşqçisi Qrem Potter Dortmund “Borussiya”sına rəhbərlik edə bilər.
Aut.az xəbər verir ki, bu barədə HITC onlayn nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, alman klubu bu ilin mart ayından üç mütəxəssislə maraqlanıb ki, onların arasında 49 yaşlı ingilis də var. Digər namizədlər “Feyenoord”dan “Liverpul”a keçən Arne Slot və “Lans”dan “Nitsa”ya keçən Frank Heyze olub.
Edin Terziçin “Borussiya”dan gedişindən sonra Dortmund klubunun Potterə olan marağı, adı çəkilənlər arasında yeganə işsiz namizəddə olduğu üçün təzələnib.
Daha əvvəl ingilis mütəxəssislə “Lester Siti” maraqlanırdı.
Xatırladaq ki, 49 yaşlı mütəxəssis 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinə kimi “Çelsi”nin baş məşqçisi vəzifəsində çalışıb. Bu müddətdə Potterin rəhbərliyi altında “Çelsi” bütün yarışlarda 31 qarşılaşmada iştirak edib, London klubu 12 dəfə qalib gəlib, 8 dəfə heç-heçə edib, 11 dəfə məğlub olub.
Aut.az
