Döyüşü özününküləşdirdi – Sehudodan Castinin qələbəsinə reaksiya
İki çəki dərəcəsində keçmiş UFC çempionu Henri Sehudo 15 iyunda Ağ Evin yaxınlığında keçirilən “UFC Freedom 250” turnirinin əsas döyüşündə amerikalı Castin Qetcenin ispan-gürcü İliya Topuriya üzərində qələbəsini şərh edib.
Qetce texniki nokautla qalib gələrək gürcüyə karyerasında ilk məğlubiyyətini yaşadıb.
Aut.az xəbər verir ki, Henri Sehudo sosial media səhifəsində yazıb:
“Qetce necə də möhtəşəm bir döyüş keçirdi!!! O, döyüşü özününküləşdirdi və İlyanı özünü təhlükəsiz hiss etmədiyi yerlərə apardı”.
Bu döyüşdən sonra Topuriyanın MMA-da 17 qələbəsi və bir məğlubiyyəti var. Castin Qetcenin isə 28 qələbəsi və beş məğlubiyyəti var.
Aut.az
