Erməni gürcünün qələbəsindən şoka düşüb
Yüngül çəkidə UFC çempionu, məğlubedilməz ispan-gürcüstanlı 28 yaşlı döyüşçü İliua Topuriya hesab edir ki, 70 kq çəki dərəcəsində UFC reytinqində Rusiya və Ermənistanı təmsil edən Arman Tsarukyan onun braziliyalı Çarlz Oliveyra ilə döyüşdə əldə etdiyi nokaut qələbəsindən şoka düşüb.
Aut.az xəbər verir ki, Topuriyanın sözlərini “Red Corner MMA” sitat gətirib.
“Arman Çarlzı necə döydüyümü görəndə qorxmuş görünürdü. Üzündəki şoku görürdün. Həmin an o, “Allah Çarlza rəhm edib ki, ciddi xəsarət almayıb, çünki onun yerində mən də ola bilərdim” deyə düşünürdü. Tsarukyan həmişə döyüşməyəcəyini biləndə çəki artırır”, – deyə Topuriya bildirib.
Aut.az
