UFC döyüşü ləğv etdi: Bu halda tərəziyə çıxıbmış – VİDEO
MMA döyşçüsü Uilyams Qomis UFC 301-dən kənarlaşdırılıb.
Aut.az xəbər verir ki, 26 yaşlı idmançı 64,8 kq çəki (65,7 kq məhdudiyyətlə) göstərərək çəki dərəcəsindən uğurla keçib. Ancaq Qomis çətinliklə tərəziyə çatıb. Kənardan kömək alaraq səhnəni tərk edib.
Hətta fransa;; idmançı çəkiölçmə mərasimindən əvvəl səhnə arxasında qusub.
Bundan sonra Qomis və Cin Silva arasında döyüşün ləğv olunub. Uilyams səhhəti ilə bağlı şikayət etməsə də, təşkilatçılar onun heç də yaxşı durumda olmadığına görə belə qərar veriblər.
Qeyd edək ki, Qomis MMA karyerasında keçirdiyi 16 görüşdən 14-də, UFC-də isə 3 döyüşün hamısında qələbə qazanıb.
