“Milan” Fransa millisinin üzvünə qapını göstərdi
İtaliyanın “Milan” klubu fransız hücumçusu Kristofer Nkunku ilə erkən vidalaşmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
“Rossoneri” 28 yaşlı hücumçunun transferindən təxminən 40 milyon avro qazanmağı gözləyir. “Transfermarkt” onun dəyərini 28 milyon avro qiymətləndirir.
“Milan” nümayəndələri artıq Nkunkuya ona ümid etmədiklərini çatdırıblar.
Transferdən əldə edilən gəlirin yeni hücumçu əldə etmək üçün istifadə edilməsi planlaşdırılır.
Nkunkunun 30 iyun 2030-cu ilə qədər müqaviləsi var, lakin rəhbərliyin və məşqçi heyətinin gözləntilərini doğrultmadığı üçün komandadan daha tez ayrılmasını istəyirlər.
Kristofer 2025-ci ilin yayından İtaliya nəhənginin formasını geyinir. O vaxtdan bəri 32 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Fransa millisində 18 oyun keçirib (2 qol vurub).
Aut.az
