İtaliya

230 milyon büdcə ayırırlar: Kimi istəyirsənsə, al

İtaliyalı mütəxəssis Antonio Konte “Napoli”nin baş məşqçisi olarsa, klub rəhbərliyi yayda transferlər üçün ona 230 milyon avro ayırmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “Transfer News Live” “X” sosial şəbəkəsində m\lumat yayıb.

Mənbənin sözlərinə görə, İtaliya klubu transfer bazarında Viktor Osimeni əvəz edəcək hücumçuya üstünlük verəcək. Əvvəllər bir çox top-klublardan Osimhenə maraq barədə məlumatlar ortaya çıxıb.

Nəzərinizə çatdıraq ki, son məlumatlara görə, “Napoli”nin prezidenti Aurelio De Laurentis Konteyə Neapolitan klubuna başçılıq etməyi təklif edir və ona 9 milyon avro maaş vəd edir.

Klub məşqçi ilə üç illik müqavilə bağlamaq istəyir.

54 yaşlı mütəxəssisin son iş yeri 2021-2023-cü illərdə rəhbərlik etdiyi London “Tottenhem”i olub. “Napoli” 2023/2024 mövsümünü A Seriyasının turnir cədvəlində 10-cu yerdə başa vurub.

Aut.az