Basketbol

Dünya Seriyası: “Neftçi” yarımfinalda uduzdu

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda yarımfinalda ABŞ yığmasına uduzub.

Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.