İtaliya

Ulduz hücumçu yenidən sıradan çıxdı

“Yuventus”un və Serbiya millisinin əsas hücumçusu Duşan Vlahoviç yenidən zədələnib.

Aut.az xəbər verir ki, Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Vlahoviç baldır əzələsindən zədə alıb. Həkimlərin proqnozuna əsasən, onun bərpası təxminən üç həftə çəkəcək.

Beləliklə, serbiyalı hücumçu ötən ilin dekabrında bud nahiyəsindən əməliyyat olunduqdan sonra meydana qayıdışından cəmi bir oyunda iştirak edə bilib. Həmin zədə səbəbindən o, üç aydan çox müddətdə yaşıl meydanlardan uzaq qalmışdı.

Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi bu mövsümün sonuna qədər qüvvədədir, lakin Turin təmsilçisi artıq 2028-ci ilə qədər yeni sözləşmə hazırlayıb.

Aut.az